Keçid linkləri

2024, 05 May, bazar, Bakı vaxtı 09:02

İmtahan nəticələri açıqlandı


Arxiv fotosu
Arxiv fotosu
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası mayın 18-də ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə əvvəlki illərin məzunları üçün I və IV ixtisas qrupları üzrə keçirdiyi qəbul imtahanının nəticələrini açıqlayıb.

Komissiyanın saytında yayılan məlumata görə, imtahanda iştirak etmiş abituriyentlər TQDK-nın internet saytına daxil olaraq imtahan nəticələri və cavab kartının qrafik təsviri ilə tanış ola bilərlər.

Abituriyentlər imtahan nəticələri barədə məlumatı mobil telefonla 7727 nömrəsinə iş nömrələrini göndərməklə də öyrənə bilərlər.

Sənəd vermiş 18 min 783 abituriyentdən 1227 nəfəri imtahanda iştirak etməyib.

İmtahanda iştirak edən 17 min 556 abituriyentdən 60 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunub, 1 nəfər cavab kartını təlimata zidd olaraq özü ilə aparıb, 2 nəfər isə cavab kartını bilərəkdən korlayıb. Həmin abituriyentlərin nəticələri ləğv edilib.

Ən yüksək nəticə I ixtisas qrupu üzrə 637 bal, IV ixtisas qrupu üzrə 644 bal olub.

İxtisas seçimi qəbul imtahanları başa çatdıqdan sonra (həm əvvəlki illərin, həm də cari ilin məzunlarının) bütün ixtisas qrupları üzrə iyulun 24-dən avqustun 5-dək həyata keçiriləcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG