Keçid linkləri

2017, 21 İyul, Cümə, Bakı vaxtı 14:56

The New York Times: «Putin Krımı neft-qaza görə anneksiya edib»


Arxiv foto
-

«Rusiya Krımla birgə dəniz şelfində trilliyon dollarla ölçülən təbii ehtiyatları da zəbt edib». «The New York Times» Krımın Rusiya tərəfindən anneksiyasını belə dəyərləndirir.

Məqalə müəllifi William J. Broad yazır ki, «Rusiya Qara Dəniz ətrafındakı neft-qaz həyəcanını gizlətməkdən ötrü Krımın birləşdirilməsini tarixi torpaqlarının geri qaytarılması hüququ kimi qələmə verib.

«Krımın Rusiyaya birləşdirilməsi neft-qaz üzərində hökmranlıq və Ukraynanın enerji müstəqilliyinə vurulan güclü zərbədir».

Prezident Putinin mətbuat katibi Dmitry Peskov isə Krımın Rusiyaya birləşdirilməsi ilə enerji resursları arasında hər hansı bağlılığı inkar edib.

Amma «The New York Times» Exxon Mobil, Royal Dutch Shell və digər iri şirkətlərin Qara Dənizdə geoloji kəşfiyyat işləri apardığını yazır. Bəzi analitiklər hesab edir ki, Qara Dənizin yanacaq potensialı Şimal dənizi ilə müqayisə oluna bilər. Amerikalı geoloq William B. F. Ryan-a görə, Krımı özünə birləşdirməklə, Rusiya «ən yaxşı» dərin neft yataqlarını ələ keçirib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG