Bakıda səfərdə olan AŞPA-nın Monitorinq Komitəsinin həmməruzəçiləri Joseph Debano Grech və Pedro Agramunt mayın 19-da Baş prokuror Zakir Qaralovla görüşüb.
Baş Prokurorluğun saytının məlumatına görə, həmməruzəçilər Azərbaycanın Avropa Şurasının Nazirlər Komitəsinə sədrlik etməsinə ciddi və yüksək səviyyədə hazırlıq prosesini keçmiş bir ölkə kimi dəyərləndirib.
Məhkəmə-hüquq sistemində həyata keçirilən islahatları, xüsusilə insan hüquq və azadlıqlarının müdafiəsi ilə bağlı görülmüş işləri yüksək qiymətləndiriblər.
Zakir Qaralov deyib ki, Azərbaycan Avropa Şurası arasında əməkdaşlığın möhkəmləndirilməsinə böyük önəm verir. O, “ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin korrupsiyaya qarşı mübarizədə uğurlu model olduğunu vurğulayıb.