Ukraynadakı Azərbaycan diasporunun lideri , Ukrayna Azərbaycan Diasporu Birləşmiş Konqresinin sədri Rövşən Tağıyevi Kiyevdə güllə ilə vurublar, o ağır yaralanıb.
Ehtimala görə, ona sui-qəsdə cəhd olunub.
Qohumlarının dediyinə görə, maşında olan naməlum şəxslər mayın 14-də Kiyevin kənarında ona atəş açıblar. Maşının üstündə nömrəsi olmayıb.
Həmin maşını sonradan şəhərdən kənarda yanmış şəkildə tapıblar.
Tağıyev çiynindən yaralanıb. O hazırda xəstəxanadadır. Vəziyyəti ağırdır. Ancaq sabitdir.