Keçid linkləri

2026, 16 Aprel, cümə axşamı, Bakı vaxtı 01:36

Francois Hollande Tbilisidə olub

Francois Hollande
Francois Hollande
-

Fransa prezidenti Francois Hollande Cənubi Qafqaza 3 günlük səfəri çərçivəsində Tbilisidə olub.

Ötən gün Hollande Gürcüstan prezidenti Giorgi Margvelashvili və baş nazir Irakli Garibashvili ilə görüşüb. Gürcüstanın AB-yə inteqrasiyası, NATO və Ukrayna böhranı əsas müzakirə mövzuları olub.

Gürcüstan prezidenti separatçıların Ukraynada keçirdiyi referendumları qəbul etmədiyini və ölkəsinin 25 may prezident seçkilərini dəstəklədiyini açıqlayıb. Hollande danışıqlardan sonra deyib ki, əgər seçkilər pozularsa AB Rusiya və Rusiyayönlü separatçılara qarşı sanksiyaları artıracaq.

Tbilisi AB və NATO-ya daha sürətli inteqrasiyaya çağırır.

Fransa prezidenti Gürcüstandan əvvəl Ermənistan və Azərbaycanda səfərdə olub.
This item is part of
XS
SM
MD
LG