-
Eurovision mahnı müsabiqəsi Britaniya mətbuatında daha çox tənqidi fikirlər doğurub. İranda son 2 ildə narkoman qadınların sayı 2 dəfə artıb. Putin xarici siyasətlə daxili problemlərini həll edir – Qərb mətbuatının icmalı
PULUN DAĞIDILDIĞI YER
Britaniyanın Guardian qəzeti soruşur ki, Eurovision mahnı müsabiqəsi Avropa haqda nə deyir? Qəzet yazır ki, britaniyalıların çoxunun fikrincə, Eurovision yüngül mahnılara pulun dağıdıldığı yerdir.
Burda dəhşətli yüngül mahnılara dəhşətli pullar dağıdılır. Hətta bu məsələni Avropa Birliyində qaldırmaq lazımdır.
700 MİN NARKOMAN QADIN
İranda narkoman qadınların sayı artır. Washington Post qəzeti yazır ki, narkomanların sayının əhalinin sayına nisbətinə görə, İran dünyada ən “irəlidə” olan ölkələrdəndir. İranın 76 milyon əhalisinin 3 milyonu narkotik istifadəçisidir. Bunu İranın Narkotiklərə Nəzarət xidməti bildirir. İranda 3 milyon narkomandan 700 mini qadındır. Son 2 ildə İranda narkoman qadınların sayı 2 dəfə artıb.
İranda narkomaniya probleminin olmağını hakimiyyət uzun müddət görməməzliyə vururdu. Ancaq indi narkomaniyaya cəmiyyətdə münasibət də dəyişir. Tehran ətrafında qadınlar üçün mərkəzin rəhbəri deyir ki, əvvəllər narkotik qəbul edənə cinayətkar kimi baxılırdı, indi xəstə kimi baxılmağa başlayıralr. Bunun da nəticəsində narkoman öz xəstliyini qorxmadan etiraf edə bilir və müalicə olunmağa başlayır.
FACEBOOKDAN SAMİZDATA
“Facebooku yaddan çıxardın, Samizdata qayıdın”. Bunu New York Times qəzeti yazır.
Qəzetin fikrincə, Rusiya azad sözün axırıncı adası internet idi. Indi son qanunlarla onu da sərt nəzarətə götürürlər. Bundan sonra hakimiyyət hansı saytı istəsə bağlaya bilər. Rusiya interneti Çin interneti yolu ilə gedir.
Qəzet təklif edir ki, 1960-cı illərin Samizdatına qayıtsınlar. O vaxtlar mətni çap maşınında çap edib, surətini çoxaldırdılar və bu nüsxələrt əldən-ələ gəzirdi.
Qəzet misal çəkir ki, 1968-ci ildə Sovet İttifaqının bir qrup dissidenti Samizdat yolu “Xronika” adında jurnal buraxmağa başladı. 15 ildə bu jurnalın 64 sayı çıxdı və SSRİ-də insan haqlarının vəziyyəti haqda ən yaxşı mənbə idi.
PUTİN HAQDA HƏQİQƏT
Washington Post qəzeti yazır ki, Ukryna böhranının mərkəzində Vladimir Putin haqda sadə bir həqiqət durur. Bu həqiqəti Pussy Riot adlı pank musiqi qrupunun həbsə atılan üzvü Nadya Tolkonnikova deyib: “Putin xarici siyasətlə daxili siyasi problemlərini həll etmək istəyir”.
Tolokonnikova deyir: “Piutin Ukraynanı Rusiyaya nümunə göstərmək istəyir ki, siyasi dəyişiklik ölkəni xaosa gətirə bilər”. “Putinin Ukraynada qorxudan odur ki, bunlar Rusiya da gəlib çıxa bilər”.
SAĞLAR DOĞRUDANMI BELƏ GÜCLÜDÜR?
Foreign Affairs dərgisi yazır ki, Ukraynaın şərqindəki rusiyapərəstlərin və Rusiya prezidenti Putinin təbliğatının mərkəzində Ukraynada sağ ekstremistlərin, neonasitslərin guya güclənməyi durur.
Hər bir cəmiyyətdə olduğu kimi Ukrayna cəmiyyətində də müxtəlif fikirlər, o cümlədən ifrat sağ baxışlar var. Ancaq sağ ekstremistlər doğrudanmı belə güclüdürlər və təhlükədir?
Ukraynada keçirilmiş rəy soruğusuna görə, Sağ Sektorun lideri Yaroshu mayın 25-dəki prezident seçkilərində Ukrynanın qərbindəkilərin cəmi 4 faizi,
şərqindəkilərin isə 0,4 faizi dəstəkləyir. Tyanibokun Svoboda partiyasına dəstək də təxminən Sağ Sektora münasibət kimidir.
Foreign Affairs hesab edir ki, Ukraynanın şərqindəki referendumlar bu vəziyyəti dəyişə bilər. Ukraynanın qərbi də radikallaşacaq və spiralvari proses başlanacaq.