Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 18:04

Ukraynanın şərqində separatçılar özünüidarəetməyi dəstəkləyir


Donetskda səsvermə
Donetskda səsvermə
-
Ukraynanın şərqində separatçılar deyirlər ki, mübahisəli referendumda seçicilərin 90 faizə yaxını özünüidarəçiliyi dəstəkləyib. Kiyev və Qərb referendumu qanunsuz adlandırıb.

Donetskdəki rusiyayönlü fəallar deyir ki, 89.7% özünüidarəçiliyə “hə” deyib. Seçici fəallığı 75 faiz olub.

Mayın 11-də Donetskdə və Luhanskda referendum keçirilib. Hələlik sonuncuda səsvermə nəticələri açıqlanmayıb. Səsverməni beynəlxalq müşahidəçilər izləməyib.

Donetskdə separatçıların lideri Denis Pushilin deyib ki, növbəti addım hökumət və hərbi strukturların yaradılmasıdır.



UKRAYNA BÖHRANI İLƏ BAĞLI BÜTÜN XƏBƏRLƏR
XS
SM
MD
LG