Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:32

Qərb Putin-i qaz silahından məhrum etmək istəyir


Ukraynanın Orlovka qəsəbəsində qaz kompressoru stansiyası
Ukraynanın Orlovka qəsəbəsində qaz kompressoru stansiyası
-

Britaniya mətbuatı yazır ki, London ABŞ və başqa Avropa ölkələri ilə birlikdə Rusiya prezidenti Vladimir Putin-i onun əsas silahından məhrum etmək planı hazırlayır.
Bu plan Ukraynaya və onun Şərqi Avropa qonşularına qaz və neft təchizatını dayandırmaqla bağlı Moskvanın hədələrini neytrallaşdırmaq məqsədi güdür.

QƏRB UKRAYNANI TƏK QOYMAYACAQ

«The İndependent» qəzeti yazır ki, gələn ay David Cameron və «G7» qrupunun – «Böyük yeddilər»in digər liderləri ilin sonunda Ukraynaya kömək məqsədilə «təcili hərəkət planı»na imza atacaq.

Bu həftə keçirilən müşavirədə «Böyük yeddilər»in energetika nazirləri uzaq perspektivdə Rusiyanın neft və qazından asılılığa son qoymaq və Kremli enerji təhlükəsizliyindən silah kimi istifadə imkanından məhrum etmək qərarına da gəliblər.
Hazırda Avropada tükədilən qazın 30 faizini Rusiya verir. Ukrayna öz ehtiyacının yarısını Rusiya qazı hesabına ödəyir.

Qazprom
Qazprom
Mətbuat xatırladır ki, Rusiya dövlətinin nəzarətində olan «Qazprom» Moskva və Kiyev arasında baş vermiş siyasi ixtilafa görə, 2006-cı ildə Ukraynaya verilən qazı kəsəndə Avstriya, Fransa, Almaniya, Macarıstan, İtaliya və Polşanın qaz təchizatı 30 faiz azalmışdı.

«The İndependent» yazır ki, Britaniya Rusiyadan çox az asılı olsa da, təchizata ara verilməsi bu ölkədə də qiymətləri kəskin artırır.

BU DƏFƏ BORULAR QƏRBDƏN ŞƏRQƏ GEDƏCƏK

«G7» qrupunun planına əsasən, Avropa boyunca maye qaz saxlayan terminallar tikilməli, ABŞ da şist qazına ixrac məhdudiyyətlərini qaldırmalıdır.

Avropa Birliyi də Şimali Afrika qazının Qərbdən-Şərqə nəqli üçün bir neçə kəmər layihəsini maliyyələşdirməyi planlayır.

«Fukuşima» qəzasından sonra uzun müddət atom stansiyalarının işini dayandıran Yaponiya da hazırda maye qazın ən böyük alıcılarından birinə çevrilib. Qiymətləri hədsiz artıran amillərdən biri də budur.

PUTİN BUNU HƏMİŞƏ EDİB VƏ EDƏCƏK

Vladimir Putin
Vladimir Putin
Avropa Birliyinin hökumət rəsmiləri bildiriblər ki, enerji təhlükəsizliyi ilə bağlı hədələr əvvəllər də olub. Dəyişən odur ki, artıq üzv ölkələr arasında konsensus yaranıb.

«G7» qrupunun bəyanatından da bilindiyi kimi, indən belə «heç bir ölkə tək təchizatçıdan asılı olmamalı və enerjidən siyasi silah və ya təhlükəsizliyə hədə kimi istifadə etməməlidir».

«G7»nin Romada keçirilən görüşündə Britaniyanı təmsil edən energetika və iqlim dəyişikliyi naziri Ed Davey-in sözlərinə görə, Rusiya prezidenti Vladimir Putin-in Ukrayna və ya hər hansı başqa bir ölkə üzərində nəzarət və nüfuz silahı kimi qaz və neft təchizatından yararlanması yolverilməzdir».

Nazir onu da bildirib ki, belə davranışlar ilk dəfə baş vermir və bunun gələcəkdə də davam etməyəcəyinə təminat yoxdur.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG