Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 13:41

Leyla Yunus «Unibank»ı ittiham edir


Leyla Yunus
Leyla Yunus
-
««Unibank ASC» vətəndaşların maliyyə vəsaitlərindən özbaşına istifadə edərək, onların konstitusiya hüquqlarını kobud şəkildə pozur».

Bunu Sülh və Demokratiya İnstitutunun direktoru, hüquq müdafiəçisi Leyla Yunus «Turan»a bildirib.

Hüquq müdafiəçisinin bildirdiyinə görə, aprelin 24-də həyat yoldaşı Arif Yunus «Unibank»ın STB filialındakı cari hesabından 8 min 740 avro çəkmək istəyib. Lakin «vəsait olmaması»nı əsas gətirərək ona imtina cavabı veriblər.

Leyla Yunusun «Turan»a verdiyi məlumata görə, bank texniki problemləri bəhanə gətirərək növbəti gün də vəsait verməkdən imtina edib. Onun dediyinə görə, aprelin 28-də baş ofisdən bildiriblər ki, Nəsimi rayon Məhkəməsinin qərarına əsasən, pulu ödəməyəcəklər.

Leyla Yunus bildirir ki, Baş Prokurorluğun Ağır Cinayətlər üzrə İstintaq İdarəsindən ona deyiblər ki, bank onun həyat yoldaşını aldadıb. Onlar banka heç bir sorğu göndərməyiblər və buna görə də Nəsimi rayon Məhkəməsinin müvafiq qərarı ola bilməz.

KONSTİTUSİYANIN 29-CU MADDƏSİ POZULUB

Vəkil Xalid Bağırovun dediyinə görə, bununla əlaqədar «Unibank ASC»yə vəsaitlərin ödənilməsindən imtina üçün hüquqi əsaslar haqqında sorğu göndərilib.
Xalid Bağırov
Xalid Bağırov
Vəkilin sözlərinə görə, bankın hərəkətlərində Azərbaycan Konstitusiyasının 29-cu maddəsi («Mülkiyyət hüququ») pozulub:

«Bu maddənin dördüncü hissəsində ölkə vətəndaşlarına zəmanət verilir ki, heç kim məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Bank və əmanətçi arasında nümunə müqaviləsinə əsasən, insanlar istədikləri vaxt şəxsi hesablarından onlara məxsus olan pulu çəkmək hüququna malikdirlər. Sorğuya hələlik cavab verilməyib. Lakin qanuni müddət bitdikdən sonra nəticədən asılı olmayaraq Leyla və Arif Yunuslar sona qədər öz hüquqlarını müdafiə etmək niyyətindədirlər».

«Unibank ASC»nin mətbuat xidmətindən «Turan»ın hüquq müdafiəçilərinin ittihamları ilə bağlı sorğusuna cavab verməyiblər.

Dövlətə xəyanətdə ittiham olunan jurnalist Rauf Mirqədirovun işi ilə bağlı Leyla və Arif Yunuslar aprelin 28-də Bakı hava limanından geri qaytarılıb. Hüquq-mühafizə orqanlarının əməkdaşları onların evində və ofisində axtarışlar aparıb. Bir gün sonra Leyla Yunus Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində dindirilib.
XS
SM
MD
LG