Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:03

Dilarə Kazımova Eurovision-un finalında [Video]


Dilarə Kazımova
Dilarə Kazımova
-

«Finalda qələbə qazanmaq üçün əlimdən gələni əsirgəməyəcəyəm. Möhtəşəm şou göstərmək arzusundayam. Komandamızın üzərində çalışdığı performans alındı».

Bunu «Eurovision 2014» mahnı müsabiqəsinin finalına vəsiqə qazanan Azərbaycan təmsilçisi Dilarə Kazımova bildirib.

Mayın 7-nə keçən gecə Danimarka paytaxtı Kopenhagenin «B and V» arenasının səhnəsində «Eurovision 2014» mahnı müsabiqəsinin birinci yarımfinal konserti keçirilib. 16 ölkənin təmsilçisi arasından 10-u, o cümlədən azərbaycanlı Dilarə Kazımova finala vəsiqə qazanıb. Dilarə Kazımova «Start a Fire» mahnısını ifa edib.


Dilarə Kazımovanın səhnə performansının quruluşçu rejissoru isveçli rejissor və xoreoqraf Osa Engman və polşalı xoreqraf Petr Torazavadır. Mahnının bəstəkarı Stefan Orndur.

Finala vəsiqə qazanan 10 ölkə:

Azərbaycan
Monteneqro
Macarıstan
Rusiya
Ermənistan
San Marino
Ukrayna
İsveç
Hollandiya
İslandiya


Növbəti yarımfinal mayın 8-də, final isə şənbə günü - mayın 10-da olacaq.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG