Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:16

"Müşfiqli günlərim" latın əlifbasında çap edildi


-

Bakı Kitab Klubu 37-ci ilin qanlı repressiyaların qurbanı olmuş ünlü şair Mikayıl Müşfiqin həyat yoldaşı Dilbər Axundzadənin "Müşfiqli günlərim" kitabını latın əlifbasında çap edib.

Kitabın ön sözündə qeyd edilir ki, «Müsfiqli günlərim» xatirə əsəri heç bir nöqtə-vergülünə toxunmadan transliterasiya edilərək oxucuların ixtiyarına verilir.

"Bəri basdan qeyd edirik ki, əsər Sovet dövrünün «qəddar və kəskin» təbliğatı ruhunda yazılıb. Çox güman cavan nəslin nümayəndələri əsərin bəzi yerlərini oxuyub «şoka» da düsəcəklər. Əsəri sovet təbliğatı əlamətlərindən təmizləmək üçün «senzura» da etmək olardı.

Amma biz əsəri olduğu kimi sizin ixtiyarınıza veririk ki, o dövrün ab-havasını, təbliğat yönünü, saxta beynəlmiləlçiliyini özünüz hiss edəsiniz.

İndiki dövrdən baxanda «Müsfiqli günlərim» əsəri pafosdan da əskik deyil, bəzən sənə elə gəlir ki, «xatirələr» deyil, 37-ci ilin Sovet qəzetini oxuyursan.

Bununla belə əminik ki, diqqətli oxucu əsərdə həddən artıq maraqlı məqamlara rast gələcək.

İllah da ki, müəllif Azərbaycanın ən görkəmli səxsiyyətlərindən biri olmus sairimizin cəmi 10 illik, «dağ uçqunu kimi dağıdıcı gücə malik» yaradıcılığını çox gözəl diqqətə çatdırıb.

Əsərin hər bir səhifəsində Müsfiqin həyat sevgisi özünün dediyi kimi hiss olunur:

Ah, mən gündən-günə gözəlləşən,
İşıqlı dünyadan neçə əl çəkim!
Bu yerlə çarpısan, göylə əlləsən,
Dostdan, aşinadan necə əl çəkim!


Əsərin bir maraqlı cəhəti də budur ki, Dilbər Axundzadə xatirələr içərisində də xatirələrə yer ayırıb, bu da o dövr üçün az xarakterikdir, əsərdə Müsfiqi yaxından tanıyan bir çox insanların da xatirələrindən söz açılır."
XS
SM
MD
LG