Keçid linkləri

2017, 29 İyul, şənbə, Bakı vaxtı 16:12

Gallup: Azərbaycanlıların 61 faizi hesab edir ki, mətbuat azaddır


Azerbaijan -- Rashid Sherif's cartoon (Peak)
Mayın 3-ü Mətbuat Azadlığı Günü ərəfəsi ABŞ-ın Gallup sorğu təşkilatı müxtəlif ölkələrdə mətbuat azadlığının durumu ilə bağlı sorğu keçirib.

Yerli sakinlərdən soruşulub ki, “sizin yerli medianız azaddırmı?”

Azərbaycanda sorğu həm də Dağlıq Qarabağ ərazisində, ayrıca keçirilib.

Azərbaycanda rəyi soruşulanların 61 faizi deyib ki, Azərbaycanda media azaddır.
Dağlıq Qarabağda rəyi soruşulanların bir qədər çoxu - 63 faizi bildirib ki, onların yerli mediası azaddır.

Azərbaycanda medıanı azad hesab etməyənlər rəyi soruşulanların 27 faizidir.
Dağlıq Qarabağda medianı azad hesab etməyən yerli sakinlər rəyi soruşulanların 29 faizdir.

Gallup-ın sorğusunda Ermənistanda rəyi soruşulanların 44 faizi öz medialarını azad, 43 faizi qeyri-azad hesab edib.

Gürcüstanda medianı azad hesab edənlər 51, qeyri-azad hesab edənlər isə 31 faizdir.

Gallupın sorğusu 132 ölkədə keçirilib.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG