Keçid linkləri

2017, 23 Aprel, bazar, Bakı vaxtı 18:14

Milli Məclis ATƏT Minsk Qrupunun qurumun Parlament Assambleyasında hesabat verməsini və bu məsələni qurumun Bakıda keçiriləcək sessiyasının gündəliyinə salınmasını təklif edib.

Belə bir təkliflə Parlamentin sədri Oqtay Əsədov çıxış edib:

«Biz ATƏT PA-dakı nümayəndə heyətimizə tapşıraq ki, mütləq qurumun yayda Bakıda keçiriləcək sessiyasına, o da olmasa, növbəti sessiyalarından birinə Minsk Qrupunun hesabatının salınması məsələsini Azərbaycan adından qaldırsın. Artıq Minsk Qrupu öz fəaliyyəti barədə ATƏT PA-da hesabat versin», deyə spiker bildirib.

Təklifi deputatlar dəstəkləyib və qəbul olunub.

Günün bütün mövzuları

XS
SM
MD
LG