Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 08:11

Obama ilə Merkel görüşəcək


arxiv foto
arxiv foto
-
ABŞ prezidenti Barack Obama və Almaniyanın kansleri Angela Merkel Vaşinqtonda Ukraynadakı duruma dair danışıqlar aparacaqlar.

Mayın 2-də Merkel Obama ilə görüşəcək və mətbuat konfransı keçirəcək.

Bu, Ukraynadakı durum gərginləşəndən və Rusiyanın Krımı anneksiya etməsindən sonra iki liderin ilk görüşüdür.

Ağ Evin sözçüsü Jay Carney deyib ki, Merkel-Obama danışıqları “Rusiyanın Cenevrə sazişinin öhdəliklərini yerinə yetirməməsi” ətrafında olacaq.

Mayın 1-də Merkel Rusiya prezidenti Vladimir Putini ATƏT-in Slavyanskda saxlanmış müşahidəçilərini buraxmağa çağırıb. Yeddi əsirdən dördü alman zabitidir.

UKRAYNA BÖHRANI İLƏ BAĞLI BÜTÜN XƏBƏRLƏR
XS
SM
MD
LG