Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 19:28

Bakıda 1 May gününü qeyd etmək istəyən gənclər saxlanıb


Bakıda 1 May Zəhmətkeşlərin Beynəlxalq Həmrəylik Gününü qeyd etmək istəyən 7 gənc saxlanılıb.

Bu barədə AzadlıqRadosuna saxlananlardan biri - Fəxri Hacı məlumat verib. O, hazırda polis bölməsinə aparıldıqlarını deyib:

«1 may bayramını qeyd etmək üçün toplaşmışdıq. Amma polis imkan vermədi. Bundan sonra biz aksiya keçirməyə cəhd etdik. Polislər bizi saxladılar».

Saxlananlar Taleh Rzaxanov, Şirin Abbasov, Ümid Cingöz, Aqşin Beynəlmiləl, Fəxri Hacı və adlarını dəqiqləşdirə bilmədiyimiz daha 2 gəncdir.
XS
SM
MD
LG