Keçid linkləri

2024, 02 May, Cümə axşamı, Bakı vaxtı 02:03

Eurovision münsiflər heyətində Nigar Camal da var (Ell&Nikki dueti)


Almaniya. Düsseldorf. Eurovision 2011-in finalı. Azərbaycanı təmsil edən Nigar Camal, Ell&Nikki duetinə qələbə gətirən çıxışı zamanı
Almaniya. Düsseldorf. Eurovision 2011-in finalı. Azərbaycanı təmsil edən Nigar Camal, Ell&Nikki duetinə qələbə gətirən çıxışı zamanı
Eurovision Mahnı müsabiqəsi tarixində ilk dəfə olaraq təşkilatçılar münsiflər heyəti üzvlərinin adlarını açıqlayıblar.

Mayın 6-dan 10-dək Danimarkanın paytaxtında keçirilən Eurovision-2014-ün iştirakçılarını Azərbaycandan 5 nəfər qiymətləndirəcək. Azərbaycan münsiflər heyətinə Bakı musiqi akademiyasının pororektoru, bəsətkar və pianoçu Yeganə Axundova rəhbərlik edəcək.

Heyətin digər üzvləri arasında Eurovision 2011 finalının qaliblərindən (Ell&Nikki dueti) biri Nigar Camal diqqəti cəlb edir.

Bundan başqa, Azərbaycanın münsiflər heyətinə xalq artisti Mübariz Tağıyev, opera müğənnisi Samir Cəfərov və 34 yaşlı müğənni Xəyyam Mustafazadə daxildirlər.

“Biz inanırıq ki, yarışmadan əvvəl münsiflər heyəti tərkibinin açıqlanması aşkarlıq istiqamətində mühüm addımlardan biridir və müsiqi dünyasının bu qədər peşəkar nümayəndəsinin Eurovision Mahnı müsabiqəsinin təşkilinə qoşulmasından çox məmnunuq”. – deyə yarışmanın təşkilatçılığına məsul olan Avropa Yayımçılar Birliyinin nümayəndəsi Jon Ola Sand bildirib.

Xatırladırıq ki, Eurovison yarımfinal və final mərhələrində çıxışların qiymətlərndirilməsinin 2 əsas mənbəyi olur. İştirakçıların qazandığı balların 50 faizi münsiflərin dəyərlədnirilməsi, digər yarısı isə tamaşaçıların birbaşa SMS və online səsləri əsasında formalaşır.

Səsvermənin təşkili ilə bağlı Eurovision təşkilatçılarının ünvanına dəfələrlə tənqidlər səslənsə də, onlar ittihamları rədd edərək, yarışmanın ədalətli aparıldığını bildiriblər.

Münsiflər heyətinin tam tərkibi ilə burada tanış ol

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG