Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 14:16

Hacıbala Səfərovun 20-liyə düşməyən şeirləri


-

Bu şeirlər "Ədəbi Azadlıq-2014" müsabiqəsinin münsiflərindən bal alsa da, bu, 20-liyə keçmək üçün yetərli olmayıb.


Hacıbala Səfərov


Əriyən saatlar

(Dali üçün)

gecә saat üçdür,
saatın әqrәblәri
hәyatın ölümsüzlük fәlsәfәsini
yox etmәklә mәşğuldur.
ilahi yorğunluq çöküb şәhәrә
vә insanlar üzәrinә.
yayın istisindә, asfaltdan
buxarlanır ortası cırıq
uşaq ayaqqabısının kәdәri.
gecә saat dörddür,
saatın әqrәblәri
dünәnin yaddaşını qurdalayır
vә hәmişә geriyә boş dönür,
çünki burda dünәnlәr bugünün,
bugünlәr sabahın eynisidir.
insanlar eyni ümidlә yatıb,
eyni kәdәrlә oyanırlar.
gecә saat beşdir,
saatın әqrәblәri,
qaranlığın "fatihә" surәsini oxuyur.
dәstamaz alınıb,
bilmәdiyin dildә dua oxunur.
tanrı insana hansı dildә
ibadәt tövsiyә etsә dә,
insan tanrıya ana dilindә and içir.
elә buna görә dә,
insan xoşbәxtliyi
ananın yemәyi soyudan dilindә gizlәnir.
gecә saat altıdır,
saatın әqrәblәri
özünü asmaq istәyәn gәncin
ayaqlarının altıdır.
bir daha günәşi görmәk ümidi
"mәni bu saatın әlindәn qurtarın"
demәyin ekvivalenti,
ölümdәn qorxmağın özüdür.
saat - ölümә sevgi,
günәş şüaları - hәyata sevgidir.
insanın әlindә olsaydı,
sevә-sevә fotosintez edәrdi.


Əsgər üçün elegiya

qırx ikinci ilin dekabrıdır,
soyuqdan donur nazik mundirli әsgәr.
özündә güc toplayır,
bir-iki qurtum spirt qәbul edir,
burunotu istifadә edir,
sәngәrdә eyni vәziyyәti yenidәn alır.
havada uçuşur gәlәcәyin xoşbәxtliyi naminә,
indinin bәdbәxtlik sәbabkarları.
gözlәrini yumur,
onu gözlәyәn vәtәnini düşünür.
növbәti güllә vıyıltısına
ayılır hәrdәm xәyallığından.
dostunun yaralandığını görür,
onu xilas etmәyә cәhd edәndә
özü dә çiynindәn vurulur.
gözlәri torlanır,
qarşısında zabit dayanır.
әsgәr deyir :
"cәnab zabit, әn kәskin nişançı belә,
xoşbәxtliyi alnından vura bilmirsә,
bu müharibәlәr nədəndir?
cәnab zabit, insan qanı tökülәn yerdә
heç vaxt ağcaqayın meşәsi olmaz,
ola bilmәz,
amma mәn ağcaqayın meşәsini çox sevirәm.
cәnab zabit, әgәr göydә uçuşan mәrmilәr
vә raketlәr dünyanın taleyin hәll edirsә,
niyә hәmin güllәdәn birini
dünya gicgahına tuşlamır?
cәnab zabit, mәnim vәtәnim bura deyil,
qan tökülәn istәnilәn yer vәtәnim deyil,
mәnim vәtәnim
dünyanın silahlarından xәbәrsiz
xoşbәxt ağcaqayın meşәsidir".

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG