Keçid linkləri

2025, 04 İyul, Cümə, Bakı vaxtı 05:55

Obama Malayziyaya gedib


Obamanı Malayziyanın kral ailəsi qarşılayıb.
Obamanı Malayziyanın kral ailəsi qarşılayıb.
ABŞ prezidenti Barack Obama Asiyaya səfəri çərçivəsində Malayziyaya gedib. Onu Malayziyanın kral ailəsi qarşılayıb.

Səfər çərçivəsində Malayziya Milli Məscidini ziyarət edərək, ölkənin yumşaq İslam siyasətinə dəstəyini ifadə edib.

Obama aprelin 27-də Kuala-Lumpurdakı məscidə baş çəkib. Daha sonra gənc liderlərlə görüşüb.

O, son 40 il ərzində Malayziyaya səfər edən ilk Amerika prezidentidir.

Obamanın səfəri Yaponiyadan başlayıb. Daha sonra Cənubi Koreyada olub. ABŞ prezidentinin aprelin 28-də Filippinə gedəcəyi gözlənilir.
XS
SM
MD
LG