Keçid linkləri

Təcili xəbərlər
2021, 17 Aprel, şənbə, Bakı vaxtı 18:48

Nüfuzlu senatorlar “Gazprom”a sanksiya qoyulmasına çalışırlar


ABŞ-da nüfuzlu senatorlar Carl Levin, John McCain və Bob Corker Rusiyanın “Gazprom” şirkətinə sanksiya qoyulmasını təklif edirlər.

Onlar Rusiya prezidenti Vladimir Putini Ukrayna böhranının həlli üçün addımlar atmamaqda suçlayır və ABŞ hökumətini daha sərt addımlara səsləyirlər.

“Gazprom” Rusiya hökumətinin nəzarətindədir və dövlət gəlirlərinin əhəmiyyətli bir hissəsi onun hesabına formalaşır.

Bundan başqa Ukrayna “Gazprom”u qazdan siyasi təzyiq vasitəsilə kimi istifadə etməkdə günahlandırır.

ABŞ indiyəcən Rusiyaya əsasən ayrı-ayrı məmurları hədəfləyən sanksiyalar qoyub.
XS
SM
MD
LG