Keçid linkləri

2025, 27 İyul, bazar, Bakı vaxtı 03:21

Şairənin avtoqrafı 230 min dollara satıldı


Svetayevanın portreti, 1911. Rəssam M.Voloşin
Svetayevanın portreti, 1911. Rəssam M.Voloşin
-

Məşhur rus şairəsi Marina Svetayevanın avtoqraflı kitabı Moskvadakı Antikvar Kitab Evində 230 min dollara satılıb.

Bu, rus poeziyasının "Gümüş əsri"ni təmsil edən şairlər üçün rekorddur.

Şairə kitabı müvəqqəti hökumətin rəhbəri Aleksandr Kerenski üçün imzalayıb.

Oktyabr çevrilişindən sonrakı illərdə Svetayeva da, Kerenski də mühacirətə getmişdilər.

Avtoqraf şairənin 1922-ci ildə Berlində çap edilən "Царь-девица" poemasının nüsxəsi üzərindədir.

Avtoqraflı kitabı rekord qiymətə adı açıqlanmayan rus kolleksiyaçısı alıb.
XS
SM
MD
LG