Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 03:11

Ağ Evin bəyanatı: "Qərb liderləri Rusiyaya qarşı yeni addımları əlaqələndirməyə razılaşıblar"


Ağ Ev bəyanat verib ki, ABŞ prezidenti Barack Obama və Britaniya, Fransa, Almaniya, İtaliya liderləri Ukrayna böhranına görə Rusiyaya qarşı yeni addımları əlaqələndirməyə razılaşıblar. Bunlara o cümlədən sanksiyalar daxildir.

Aprelin 25-də verilən bəyanata görə, liderlər razılaşıblar ki, Rusiya öz bəyanatları və sərhəddə hərbi təlimi ilə vəziyyəti qızışdırmaqda davam edir.

Bəyanatda deyilir ki, Rusiya Ukrayna böhranının həllini nəzərdə tutan Cenevrə razılaşmasını ictimaiyyət qarşısında dəstəkləmir və Rusiya rusiyapərəst yaraqlıları silahı yerə qoymağa çağırmır.

Bəyanatda deyilir ki, Rusiya böhranın dinc yolla həllini hələ də seçə bilər, o cümlədən Cenevrə razılaşmasını.
XS
SM
MD
LG