Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 20:21

​«Parabank» işçilərinin işi məhkəməyə göndərilib


-

«Parabank»ın Nizami filialının vəzifəli şəxsləri barəsində cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Bu barədə aprelin 24-də baş prokurorluq məlumat yayıb.

Məlumatda qeyd olunur ki, bankın Nizami filialının 4 kredit mütəxəssisi aldatma yolu ilə 228 şəxsə kreditlərin ayrılmasına nail olub.

Beləliklə banka 127 min manata yaxın ziyan vurublar.

Həmin şəxslərə cinayət məcəlləsinin «qulluq mövqeyindən istifadə etməklə dələduzluq», «vəzifə səlahiyyətlərindən sui-istifadə» və «vəzifə saxtakarlığı» maddələri ilə ittiham irəli sürtülüb.

Onlardan biri həbs edilib. Digər üç nəfər barəsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.
XS
SM
MD
LG