16:46
24.4.2014
Ukrayanın şərqində separatçıların elan etdiyi "Donetsk Respublkası" rəhbərliyi adından yayılan bəyanatda Donetsk vilayətində ümumi hərbi səfərbərliyin elan olunduğu bildirlir. Deyilir ki, Kiyevin Slavyanskda başladığı hərbi əməliyyat "vətəndaş müharibəsi" deməkdir.
17:42
24.4.2014
RUSİYA UKRAYNAYA QOŞUN GÖNDƏRİR?
Ukraynanın şərqində gedən antiterror əməliyyatları 2 məsələni gündəmə gətirib. Ukrayna hakimiyyəti silahı separatçılarla bacara biləcəkmi? 2-ci sualın isə birbaşa 1-ci suala aidiyyatı var: Rusiya hadisələrin gedişinə silahlı müdaxilə edəcəkmi? Moskva ikibaşlı bəyanatlar verir, birbaşa "Rusiya qoşunları Ukrayna sərhədiini keçəcək" demir, lakin sosial mediada yayılan bəzi foto və videolar Donasda da Krım ssenarisi ehtmallarından xəbər verir. Kırmda da Rusiya, hakimiyyəti ələ keçirən yaraqlıların yerli özünümüdafiə qrupları olduğunu iddia edir, bu zaman isə Rusiyadan Krıma hərbi texnika karvanının axını müşahidə olunurdu. Aprelin 24-də Slavsyanskda silahlı toqquşma başlayanda da Rusiyanın Ukrayna ilə sərhədlərindəki Novoşaxtinsk və Taqanroq şəhərlərindən Donbass istiqamətində hərəkət edən hərbi maşınlar və texnika karvanları görürük.
17:48
24.4.2014
Putin #Ukrayna -dan sonra Qarabağda. Məqsəd erməni diasporunun dəstəyi. Ətraflı burada oxu http://t.co/ZXzEnF3eSU
— AzadliqRadiosu (@RadioAzadliq) 24.4.2014
18:10
24.4.2014
RUSİYA ORDUSU "TƏLİM" ADI İLƏ HƏRƏKƏTƏ GƏLİR.
Rusiyanın Müdafiə naziri Sergei Shoigu Ukrayna ilə sərhəd Rusiya ordusunun hərbi təlimlərinin başladığnı elan edib. O, bildirib ki, Ukraynanın şərqində ordu qüvvələrinin cəmləşməsini nəzərə alaraq Rusiya silahlı qüvvələrinin Cənub və Qərb hərbi dairələrinin Ukrana sərhəddində hərbi təlimləri başlayır. Shoigu-nun sözlərinə görə, Ukrayna "dinc əhaliyə" qarşı əməliyyatlara 11 min əsgər, 160 tank, 230 BMP və BTR, azından 150 artilleriya qurğusu cəlb edib, özünümüdafiə dəstələrində isə polis bölmələrindən götürülmüş silahlarla müdafiə olunan cəmi 2000 adam var. Bu haqda İTAR-TASS xəbər verir.