Keçid linkləri

2026, 18 Mart, çərşənbə, Bakı vaxtı 08:07

Ukraynada ATƏT nümayəndələri girov götürülüb (24-25 aprel xronologiyası)

Ukrayna antiterror əməliyyatına başlayan kimi Rusiya onun sərhədlərinə qoşun göndərdi. Putin Ukraynanı, Qərb də Putini hədələdi. Ukraynanın şərqindəki əməliyyatlar isə ilk uğurlardan sonra yerində saymağa başladı

Ukrayna təhlükəsizlik qüvvələri Donbasda hakimiyyəti ələ keçirən silahlı separatçılara qarşı yeni əməliyyatlara başlayıb. Pasxa bayramından dərhal sonra rəsmi Kiyev "anti-terror" əməliyyatlarının bərpa olunacağını elan etdi.

Aprelin 24-də separatçıların Slavyansk şəhərininin mərkəzinə qədər sıxışdırılıb. Toqquşmalarda 5 nəfərin öldüyü bildilir.

Donass vilayətindəki əməliyyata reaksiya verən Rusiya öz qoşunalarını Ukrayan sərhəddi istiqamətinə hərəkətə gətirir. Rusiya prezidenti və müdafiə nazirləri Ukraynanı hədələyir, Qərb isə əməliyyatlara haqq qazandırır.

AzadlıqRadiosu hadisələri yaxından izləyərək bu bloqu daim yeniləyir. Məlumatlar xronoloji ardıcıllqla yerləşdirildiyindən ən son xəbərlər mətnin əvvəlindədir.

Mətnin sonundakı «Davamı» düyməsini sıxmaqla «Canlı bloq»umuzda daha əvvəl gedən xəbərlərlə tanış olmaq mümkündür.

18:31 24.4.2014
SBU-nun NÖVBƏTİ "MOKSVANIN ƏLI" VİDEOSU

Bu gün Donbass regionunun Qorlovka şəhər sovetinin deputatı Vladimir Rybak-ın dəfni olub. Aprelin 17-də onu Qorlovkada maskalı separatçıları onu girov götürmüşdülər. Bir neçə gündən sonra isə Rybakın meyiti Slavyansk yaxınlığında, Severniy Donets çayından tapılmışdı. Ukrayna təhlükəsizlik xidməti (SBU) hesab edir ki, onu Rusiya xüsusi xidmətlərinin əməkdaşları qətlə yetirib. SBU-nun YouTube kanalına yerləşdirdiyi videoda Ukraynanın şərqində separatçıların fəaliyyətinə rəhbərlik edən şəxslə silahlı qruplaşmalardan birinin telefon danışığının gizli səs yazısı olduğu iddia edilir. Danışıqların birində deyilir ki, "o, (Rybak - red.) Ukrayna bayrağını asmaq istəyirdi, bu zaman da onu saxlayıblar. Biz videoyaya baxdıq, bizim uşaqlardan heç kim orada görünmür"... Bir başqa danışıqda isə "meyit burada qalıb iylənir, kömək edin onu harasa yox edək" deyə xahiş səslənir.

Batkivşina partiyasının üzvü olan Rybak Ukraynanın parçalanmasının əleyhinə idi. Onun saxlanması Qorlovka şəhər sovetinin binasından separatçıların bayrağını çıxararaq, Ukrayna bayrağını taxdığından dərhal sonraya təsadüf edir.
18:34 24.4.2014

Slavyanskda antiterror əməliyyatı belə gedir

19:58 24.4.2014

SLAVYANSK ƏMƏLİYYATI DAYANIR

AzadlıqRadiosunun Slavyanskdakı müxbiri xəbər verir ki, separatçılar şəhərin mərkəzində müdafiə səddi qururlar. Qərb mətbuatı yazır ki, aprelin 24-də Ukrayna təhlükəsizlik qüvvələri bütün şəhəri separatçılardan təmizləməyi planlaşdırırdılar. Əməliyyatın dayanması haqda müxtəlif versiyalar irəli sürülür. Onlardan biri də Rusiya qoşunlarının Ukrayna sərhədlərinə doğru hərəkəti oldu.

Aprelin 24-də Slavyansk üzərində fırlanan vertolyotdan vərəqələr səpələnərdi. Vərəqələrdə şəhər sakinlərdinə anti temrror əməliyyatı haqda məlumat verilir, onlardan evdən bayıra çıxmamaq xahiş olunurdu.

Davamı

XS
SM
MD
LG