17:42
24.4.2014
RUSİYA UKRAYNAYA QOŞUN GÖNDƏRİR?
Ukraynanın şərqində gedən antiterror əməliyyatları 2 məsələni gündəmə gətirib. Ukrayna hakimiyyəti silahı separatçılarla bacara biləcəkmi? 2-ci sualın isə birbaşa 1-ci suala aidiyyatı var: Rusiya hadisələrin gedişinə silahlı müdaxilə edəcəkmi? Moskva ikibaşlı bəyanatlar verir, birbaşa "Rusiya qoşunları Ukrayna sərhədiini keçəcək" demir, lakin sosial mediada yayılan bəzi foto və videolar Donasda da Krım ssenarisi ehtmallarından xəbər verir. Kırmda da Rusiya, hakimiyyəti ələ keçirən yaraqlıların yerli özünümüdafiə qrupları olduğunu iddia edir, bu zaman isə Rusiyadan Krıma hərbi texnika karvanının axını müşahidə olunurdu. Aprelin 24-də Slavsyanskda silahlı toqquşma başlayanda da Rusiyanın Ukrayna ilə sərhədlərindəki Novoşaxtinsk və Taqanroq şəhərlərindən Donbass istiqamətində hərəkət edən hərbi maşınlar və texnika karvanları görürük.
16:46
24.4.2014
Ukrayanın şərqində separatçıların elan etdiyi "Donetsk Respublkası" rəhbərliyi adından yayılan bəyanatda Donetsk vilayətində ümumi hərbi səfərbərliyin elan olunduğu bildirlir. Deyilir ki, Kiyevin Slavyanskda başladığı hərbi əməliyyat "vətəndaş müharibəsi" deməkdir.
16:37
24.4.2014
#Ukrayna mediası Slavyansk əməliyyatında 1 Ukrayna hətbçisi həlak olub http://t.co/Jv7Vc6ALvk
— AzadliqRadiosu (@RadioAzadliq) 24.4.2014
16:23
24.4.2014
İnterfax Rusiya Duması xarici əlaqələr komitəsinin sədri Aleksei Pushkov-dan sitat gətirir ki, Rusiya Ukraynın şərqində hərbi müdaxilə etmək niyyətində deyil "Lavrov da, Putin də bəyan ediblər ki, Rusiya Ukraynaya hərbi müdaxilə etməyəcək. Bildiyimə görə, başqa bir bəyanat olmayıb" -deyə Pushkov bildririr.
Eyni zamanda, Slavyanskda nisbi sakitlik olduğu haqda xəbərlər yayılır. Sprataçılar bunu hücumun qarşısının alınması, Ukrayna rəsmiləri isə, separatçıların qovulduğu ərazilərdə təhlükəsizlik işlərinin aparılması zərurəti ilə izah edirlər.
Slavyasnkdan daha bir video. Hökuümət qüvvələri separatçıların mövqelərinə hücum edir
Eyni zamanda, Slavyanskda nisbi sakitlik olduğu haqda xəbərlər yayılır. Sprataçılar bunu hücumun qarşısının alınması, Ukrayna rəsmiləri isə, separatçıların qovulduğu ərazilərdə təhlükəsizlik işlərinin aparılması zərurəti ilə izah edirlər.
Slavyasnkdan daha bir video. Hökuümət qüvvələri separatçıların mövqelərinə hücum edir