Keçid linkləri

2026, 18 Mart, çərşənbə, Bakı vaxtı 09:35

Ukraynada ATƏT nümayəndələri girov götürülüb (24-25 aprel xronologiyası)

Ukrayna antiterror əməliyyatına başlayan kimi Rusiya onun sərhədlərinə qoşun göndərdi. Putin Ukraynanı, Qərb də Putini hədələdi. Ukraynanın şərqindəki əməliyyatlar isə ilk uğurlardan sonra yerində saymağa başladı

Ukrayna təhlükəsizlik qüvvələri Donbasda hakimiyyəti ələ keçirən silahlı separatçılara qarşı yeni əməliyyatlara başlayıb. Pasxa bayramından dərhal sonra rəsmi Kiyev "anti-terror" əməliyyatlarının bərpa olunacağını elan etdi.

Aprelin 24-də separatçıların Slavyansk şəhərininin mərkəzinə qədər sıxışdırılıb. Toqquşmalarda 5 nəfərin öldüyü bildilir.

Donass vilayətindəki əməliyyata reaksiya verən Rusiya öz qoşunalarını Ukrayan sərhəddi istiqamətinə hərəkətə gətirir. Rusiya prezidenti və müdafiə nazirləri Ukraynanı hədələyir, Qərb isə əməliyyatlara haqq qazandırır.

AzadlıqRadiosu hadisələri yaxından izləyərək bu bloqu daim yeniləyir. Məlumatlar xronoloji ardıcıllqla yerləşdirildiyindən ən son xəbərlər mətnin əvvəlindədir.

Mətnin sonundakı «Davamı» düyməsini sıxmaqla «Canlı bloq»umuzda daha əvvəl gedən xəbərlərlə tanış olmaq mümkündür.

16:07 24.4.2014

Avropa Briliyinin xarici işlər komissarı Carhreen Ashton bütün tərəfləri silahları yerə qoymağa, Cenevrə razılaşmasının bəndlərinə əməl etməsinə çağırıb.

Bu zaman Slavyanskda isə... DRAMATİK HADİSƏLƏRDƏN FOTOSESSİYAYA BURADA BAX
15:51 24.4.2014
PUTİN HƏDƏLƏYİR

İnterfax Vladimir Putinin Donetsk vilayətindəki hadiəslərlə bağlı bəyanatını yayır. Rusiya prezidenti Ukraynanı "öz xalqına qarşı silah işlətməkdə" günahlandırır. Onun sözlərinə görə, xalqa qarşı cəza tədbirləri həyata keçirən hakimyyət xunta adlanır. Putin Kiyevi ölkə şərqində silah işətməsinin beynəlxalq münasibətlər də daxil olmaqla ağır nəticələri ilə hədələyir.

Slavyanskdan daha bir video
15:45 24.4.2014
Slavyansk ətrafında vəziyyət gərgin olaraq qalır. Ukrayna hakimiyyəti şəhər üzərində əhaliyə antiterror əməliyyatı haqda vərəqələr səpələyib. Separatçıların şəhərdəki rəhbəri Ponomarev üstündə bu vərəqələr tapılan şəxslərə qarşı silah işlədiləcəyi ilə hədələyib.

Aşağıda təqdim etdiyimiz bu videonun Slavyanskda çəkildiyi iddia olunur.


14:57 24.4.2014
Slavyansk
Slavyansk

Ukrayna daxili işlər nazirliyi bildirir ki, 5 separatçı öldürülüb.

Davamı

XS
SM
MD
LG