Keçid linkləri

Təcili xəbərlər
2021, 12 May, çərşənbə, Bakı vaxtı 13:25

İraqda bir gündə 30 nəfər öldürülüb


arxiv foto
-
Aprelin 21-də İraqda bir neçə hücumda azı 30 nəfər öldürülüb. Aprelin 30-da ölkədə parlament seçkiləri keçiriləcək.

Ən ölümcül insident Bağdadın cənubunda baş verib. İntiharçı nəzarət məntəqəsi yaxınlığında bomba partladıb, azı 12 nəfər ölüb, 35 nəfər yaralanıb.

Digər bir intiharçı Bağdadın cənubunda, Mədaində maşın partladıb, iki nəfər ölüb, beş nəfər yaralanıb.

Axşam saatlarında Bağdadın müxtəlif ərazilərində 14 nəfər ölüb, 40 nəfər yaralanıb.
XS
SM
MD
LG