Keçid linkləri

2024, 07 May, çərşənbə axşamı, Bakı vaxtı 19:47

Qırğızıstan Gömrük İttifaqına qoşulmağı «düzgün addım» sayır


Joomart Otorbaev
Joomart Otorbaev
-

Rusiyanın rəhbərlik etdiyi Gömrük İttifaqına qoşulmaq «düzgün addım»dır və ölkəyə iqtisadi və sosial problemlərin həllində kömək edəcək. Bunu Qırğızıstanın baş naziri Joomart Otorbaev aprelin 17-də AzadlıqRadiosuna deyib.

Otorbaev deyib ki, qızılı çıxmaqla, Qırğızıstanın məhsulları əsasən Gömrük İttifaqı üzvlərinə – Belarus, Qazaxıstan və Rusiyaya ixrac olunur, ona görə də bu ölkələrə sərhədləri bağlamaq düzgün olmazdı.

Otorbaev-in fikrincə, ittifaqa qoşulmaq Qırğızıstanda investisiya mühitini yaxşılaşdırar və kənd təsərrüfatı sektorunu inkişaf etdirər. O, birliyə üzvlüyün «mənfi təsirlərini» də istisna etməyib, ancaq «müsbət təsirin üstünlük təşkil edəcəyini» söyləyib.

Rusiya keçmiş sovet respublikalarını Gömrük İttifaqına birləşdirməyə çalışırlar. Onlar 2015-ci ilin Avropa Birliyindən sonra Avrasiya İqtisadi Məkanına çevriləcəyini bildirirlər.
XS
SM
MD
LG