Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 02:41

Rus separatçılarının istifadə etdikləri qara-narıncı lentlərin mənası nədir


Krlmda Rusiyapərəst qüvvələrin mitinqi
Krlmda Rusiyapərəst qüvvələrin mitinqi
Ukrayndakı rus separatçıları mənsubiyyət nişanı kimi qara-narıncı zolaqlı lentlərdən istifadə edirlər. Bu lentin tarixi XVIII əsrə, çar Rusiyasına gedir.

Çar ordusunun təltif nişanları olan Qeorqi ordeni, Qeorqi xaçı və Qeorqi medalını 3 qara və 2 sarı zolaqlı parçadan asırdılar. Bundan başqa Rus hərbi donanmasının döyüşlərdə fəqrlənmiş gəmiləri Qeorqi bayrağına layiq görülürdü. Belə gəmilərin heyəti matros papaqlarına qara lent əvəzinə qara-narıncı lent taxırdılar.

Məsələn, məşhur Potyomkin gəmisinin matroslarının papaqlarında 2 rəngli lent var idi.
Bəzən müharibə şəraitində Qeorqi medal və ordenlərini əldə etmək çətin olanda əsgər və zabitlərə sadəcə olaraq Qeorqi lenti verilirdi.

Lentin rənglərinin izahı ilə bağlı 2 versiya mövcuddur. Geniş yayılmış 1-ci versiyaya əsasən qara rəng tüstünün, narıncı rəng isə alovun ifadəsidir. Digər versiyaya əsasən isə, rənglər Rusiya imperiyasının gerbindən götürülüb – qızıl fonda qara ikibaşlı qartal.
1917-ci ildə Rusiyada hakimiyyətə gələn bolşeviklər çar Rusiyasının bir sıra rəmzləri kimi Qeorqi lentlərindən də imtina etdilər. Qara-narıncı rənglər 1992-ci ildə SSRİ dağılandan sonra yenidən Rusiyaya qayıtdı.

Kiyevdə Avromaydan hərəkatının qızğın çağlarında Ukrayna hakim Regionlar partiyasının yerli şöbələri nümayəndələri Xarkovda UkraynacCəbhəsi adlı təşkilat yaratdılar. Xarkov vilayəti icra hakimiyyətinin başçısı Mikhail Dobkin-in təklifi ilə qarşısına “Ukraynanı faşıstlərdən azad etmək” məqsədi qoyan Ukrayna cəbhəsinin simvolu kimi Qeorqi lenti seçildi.

Fevralın sonunda Krımda və sonradan Donbasda hökumət binalarına hücum edən silahlı qruplaşmalar bir-birini tanımaq üçün bu lentdən istifadə edirlər.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG