Keçid linkləri

2024, 08 May, çərşənbə, Bakı vaxtı 16:05

3 rayonda qaz məhdudiyyətlərlə veriləcək


Aprelin 16-da Bakının Nərimanov, Binəqədi və Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

«Azəriqaz» İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin məlumatına görə, Olimpiya Kompleksi və yeni yol qovşağının tikintisi ilə bağlı tikinti sahəsinə düşən qaz kəmərlərinin təhlükəsiz əraziyə köçürülməsi ilə əlaqədar bu gün saat 12:00-dək Nərimanov rayonunun bir hissəsinə, «Şimal DRES» qazpaylayıcı stansiyasında «Sənaye» və «Əhali» kollektorlarının qaz təchizatı mənbəyinə birləşdirilməsi və Binəqədi rayonu 6-cı mikrorayonun qərb hissəsində yeni tikilmiş məscidə gedən avtomobil yolunun genişləndirilməsi ilə əlaqədar isə saat 18:00-dək Binəqədi və Xəzər rayonlarının bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
XS
SM
MD
LG