Keçid linkləri

2017, 24 Yanvar, çərşənbə axşamı, Bakı vaxtı 23:57
Naxçıvanda yerləşən «N» saylı hərbi hissəsinin əsgəri yaralanıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzadlıqRadiosuna verilən məlumata görə, hadisə avtomat silahdan istifadə zamanı təhlükəsizlik qaydalarının pozulması nəticəsində baş verib.

Hadisədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şöbəsindən həqiqi hərbi xidmətə çağırılan Kamran Cəlilov güllə yarası alıb. Yaralı əsgər hospitala yerləşdirilib.

Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG