Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:45

MTRŞ: ANS nəticə çıxarmaqdansa, “lüzumsuz məhkəmə mübahisəsi açıb” [Yenilənib]


"Cin çıxarma" əməliyyatı
"Cin çıxarma" əməliyyatı
-
Milli Televiziya və Radio Şurasının Aparat Rəhbəri Toğrul Məmmədov AzadlıqRadiosuna bildirib ki, məhkəməyə müraciət etmək qarşı tərəfin konstitusion hüququdur. Onun sözlərinə görə, yanvarda sözügedən verilişlə bağlı MRTŞ-nın ədalətli qərar verməsinə heç bir şübhə yoxdur: “Uşaqların psixologiyasına, əqli inkişafına zərərli sayılıb. Cəmiyyət də belə halları mənfi qarşılayr”.

MRTŞ-nın məlum iclasında həmin buraxılışın psixoloq dəyərləndirilməsi olmuşdumu? Bu sualın cavabında Toğrul Məmmədov dedi ki, həmin iclasda Şuranın üzvləri iştirak ediblər və qanuna müvafiq qərar çıxarıblar? “Psixoloq çağırmağa ehtiyac yox idi. ANS həmin verilişdə qanunsuz müalicə üsulunu yayımlayıb. Səhiyyə Nazirliyi belə bir müalicə üsulunu tanımır”.

Toğrul Məmmədov bildirdi ki, həmin iclasa ANS-in nümayəndəsi də qatılıb: “Həmin vaxt cərimə də kəsilə bilərdi. Amma ANS-in nümayəndəsi xahiş elədi ki, yüngül cəza verilsin”.

MRTŞ-nın Aparat rəhbəri hesab edir ki, ANS xəbərdarlıq qərarından nəticə çıxarmaq əvəzinə “lüzumsuz məhkəmə mübahisəsi açıb”.

13:08 - ANS MTRŞ-Nİ MƏHKƏMƏYƏ VERİB

ANS Müstəqil Yayım və Media Şirkəti Milli Televiziya və Radio Şurasını (MTRŞ) məhkəməyə verib.

ANS Şirkətlər Qrupu prezidentinin media üzrə müşaviri Mais Məmmədov AzadlıqRadiosuna bildirib ki, onlar MTRŞ-nın “Adam içində” verilişinin bir buraxılışı ilə bağlı qərarının ləğvini istəyirlər.

Mais Məmmədovun sözlərinə görə, yaxın vaxtda ANS bununla bağlı açıqlama yayacaq.
Yanvarın 14-də MRTŞ sözügedən verilişdə “Televiziya və radio yayımı haqqında” qanunun 32.0.1; 32.0.9; 35.11-ci maddələrinin, “Uşaqların və yetkinlik yaşına çatmayanların fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən proqramlar üçün Xüsusi Qaydalar”ın 2.4-cü bəndinin tələblərinin pozulduğunu bildirmişdi. Buna görə də qurum “ANS Müstəqil Yayım və Media Şirkəti”nə xəbərdarlıq etmişdi.

Canlı yayımlanan verilişin həmin buraxılışında cindar bir nəfərdən “cin çıxarmışdı”.
XS
SM
MD
LG