Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 08:12

Viktor Yanukovich: “Ukraynada baş verənlərdə ABŞ-ın əli var”


Viktor Yanukovich
Viktor Yanukovich
-
Ukraynanın prezidenti vəzifəsindən kənarlaşdırılan Viktor Yanukovich hərbi qulluqçuları “cinayətkar tələbləri” yerinə yetirməməyə və Ukrayna xalqına atəş açmamağa çağırıb. İtar-Tass agentliyinin məlumatına görə, keçmiş ölkə başçısı bazar günü axşam Rostov-na Donda çıxış edib.

Yanukovich onu da deyib ki, ölkənin hazırki hakimmiyyəti baş verənlərə görə cinayət məsuliyyəti daşıyacaq. Eks prezident qeyd edib ki, Ukrayna vətəndaş müharibəsinə bir ayaq üstə başlayıb və bu gün ölkə üçün seçkidən daha çox dialoq vacibdir. O, bildirib ki, ABŞ Ukraynada baş verənlərlə birbaşa əlaqəlidir və onların “vətəndaş müharibəsinin həllində öz məsuliyyət payları var”.

Viktor Yanukovich prezident vəzifəsindən fevralın 22-də Ukrayna Ali Radası tərəfindən kənarlaşdırılıb. Bundan sonra o, ölkəsindən qaçıb, haırda Rusiyadadır. Ukraynanın hazırki hakimiyyəti eks-prezidenti Kiyevdə kütləvi etirazlar zamanı vətəndaşların öldürülməsində və konstitusiyanı pozmaqda günahlandırır.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG