Keçid linkləri

2017, 23 Sentyabr, şənbə, Bakı vaxtı 00:49

Lavrov Ukrayna böhranını Çinlə müzakirə edir


Sergei Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Ukraynadakı vəziyyəti müzakirə etmək üçün gələn həftə Pekinə gedəcək.

Aprelin 15-nə planlaşdırılan bu səfər Ukrayna, Rusiya, ABŞ və Avropa İttifaqı diplomatlarının dördtərəfli görüşündən iki gün əvvələ təsadüf edir.

Lavrov deyib ki, Çinin prezidenti və xarici işlər naziri ilə görüşdə Ukrayna hadisələrinə xüsusi diqqət ayıracaqlar.

Martın 27-də BMT-nin Baş Assambleyasında Krımın Rusiyaya birləşmək üçün referendum keçirməsini pisləyən və Ukraynanın bu ərazisinin Rusiyaya birləşməsini tanımayan qətnamə qəbul edilərkən Çin bitərəf qalmışdı.

Günün bütün mövzuları

XS
SM
MD
LG