Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:22

Türkdilli Ölkələrin Parlament Assambleyası toplanır


Arxiv fotosu: Türkdilli ölkələrin sammitiç 16 avqust 2013
Arxiv fotosu: Türkdilli ölkələrin sammitiç 16 avqust 2013
Aprelin 15-də TÜRKPA-nın (Türkdilli Ölkələrin Parlament Assambleyası) beynəlxalq əlaqələr, sosial, mədəni və humanitar komissiyalarının 3-cü toplantısı keçiriləcək.

Toplantı Qırğızıstanın paytaxtı Bişkekdə baş tutacaq. İclasda Azərbaycan nümayəndə heyəti təmsil olunacaq.

İclasda “türkdilli ölkələrin beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı fəaliyyəti” və “Türk dili günü” ilə bağlı mövzular müzakirə olunacaq. Komissiyanın 4-cü toplantısının yeri, tarixi, gündəliyi də müəyyən ediləcək.

TÜRKPA-nın 5-ci plenar sessiyası iyun ayında Azərbaycanda keçiriləcək.
XS
SM
MD
LG