Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 04:43

Səfir İlham Əliyevə Robert Mugabe-nin salamını çatdırıb


Zimbabve prezidenti Robert Mugabe
Zimbabve prezidenti Robert Mugabe
Aprelin 10-da prezident İlham Əliyev Zimbabvenin xarici işlər naziri Simbarashe Mumbengegvini qəbul edib.

Xəbəri Azərbaycan prezidentinin saytı yayıb.

Dövlət başçısı Zimbabve xarici işlər nazirinin Azərbaycanda görüşlərinin səmərəli olacağından, səfərin Azərbaycan və Zimbabve arasında əməkdaşlığı yeni sahələrinin müəyyənləşdirilməsi baxımından önəmli olacağından əminlik ifadə edib.

Nazir Simbarashe Mumbengegvi İlham Əliyevə Zimbabve prezidenti Robert Mugabenin salamlarını çatdırıb. İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafı üçün yaxşı imkanlar olduğunu vurğulayıb.

Dövlət başçısı Robert Mugabenin salamlarına görə minnətdarlığını bildirib. Onun da salamlarını Zimbabve dövlətinin başçısına çatdırmağı xahiş edib.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG