Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:27

Azərbaycanda saxlanan Ermənistan vətəndaşı geri qaytarıldı


Arxiv foto.
Arxiv foto.
-
Martın əvvəlindən Azərbaycanda saxlanan 23 yaşlı Ermənistan vətəndaşı Arsen Xocayan aprelin 10-da öz ölkəsinə qaytarılıb.

Bu barədə Azərbaycanın Əsir və İtkin Düşmüş, Girov Götürülmüş Vətəndaşlarla əlaqədar Dövlət Komitəsi məlumat yayıb.

Arsen Xocayan Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Qazax rayonunun Bala Cəfərli kəndin istiqamətində Ermənistan tərəfə verilib.

Arsen Xocayan bu il martın 7-də Azərbaycanın Tovuz rayonunda saxlanmışdı.

Bu 2014-cü ildə baş verən ikinci haldır. Bu il yanvarın 28-də də 77 yaşlı Ermənistan vətəndaşı Mamikon Xocayan Tovuz rayonunun Əlibəyli kəndi istiqamətindən Azərbaycan sərhədini keçmişdi. O martın 4-də Ermənistana qaytarılıb.
XS
SM
MD
LG