Keçid linkləri

Təcili xəbərlər
2021, 16 May, bazar, Bakı vaxtı 04:50

Tovuz rayonunda saxlanan Ermənistan vətəndaşının kimliyi bəlli olub


-
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının katibi Şahin Sayılovun apa-ya verdiyi məlumata görə, həmin şəxs Berd rayonu Varin Qarmiraxbuyr kənd sakini, 23 yaşlı Arsenic Xocayandır.

O, dindirilmə zamanı qoyun otararkən səhvən Azərbaycan tərəfə keçdiyini bildirib.

Arsenic Xocayanın bir müddət əvvəl cəbhənin eyni istiqamətində Azərbaycana tərəfə keçmiş və bu günlərdə Ermənistana təhvil verilən Mamiko Xocayanın qohumu olduğu bildirilir.

Arsenic Xocayan martın 7-də Tovuz rayonu istiqamətində Azərbaycan sərhədini keçərkən saxlanıb.
XS
SM
MD
LG