Keçid linkləri

2024, 27 Aprel, şənbə, Bakı vaxtı 07:07

Vəkil müstəntiqi "cinayəti ört-basdır etməkdə" suçlayır


Elnarə Tofiqqızı
Elnarə Tofiqqızı
-

Cərrahiyyə əməliyyatı zamanı vəfat edən tənqidçi Elnarə Tofiqqızının ailəsi müstəntiqdən baş prokurora şikayət edib.

Tənqidçinin həyat yoldaşı Anar Niftəliyev və onun vəkili Səməd Vəkilov iddia edirlər ki, Nəsimi Rayon Prokurorluğunda işin istintaqını aparan müstəntiq Ələkbər Rzayevin həkimlərin cinayət əməlini ört-basdır etməyə çalışır.

Vəkil bildirir ki, müstəntiq zərərçəkənin qaldırdığı vəsatətləri nəzər almır, "həkimlərin iş materialına təqdim etdikləri saxta sənədləri bilə-bilə qəbul edir və heç bir əsas olmadan, onların məsuliyyətdən qurtarmasına yardımçı olmağa çalışır".

Həkimlər Mahir Məmmədov, Fərəculla İdrisov, Firuz İbrahimov tənqidçinin ölümündə günahkar olmadıqlarını bildirirlər.

Vəkil deyir ki, o, həkim F.İdrisovun əməlində dələduzluq cinayətinin də tərkibi olması, təkrar ekspertiza keçirilməsi barədə vəsatətlər versə də, müstəntiq onları qəbul etməyib.

İş gününün sonu olduğu üçün müstəntiqin məsələyə münasibətini öyrənmək mümkün olmadı.

1977-ci il təvəllüdlü E.Tofiqqızı ötən il sentyabrın 20-də Nəsimi rayonunda yerləşən “Medi Sina” Tibb Mərkəzində süd vəzi kanalının əməliyyatı zamanı vəfat edib.
XS
SM
MD
LG