Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:38

London kitab sərgisinə Azərbaycan da qatılıb


London Kitab Sərgisi
London Kitab Sərgisi
-
Aprelin 8-də Londonda növbəti Beynəlxalq Kitab Sərgisi açılıb.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi, Londonda fəaliyyət göstərən Azərbaycan Mədəniyyətlərarası Cəmiyyətinin (AZICS) təşkilatçılığı və Böyük Britaniyadakı səfirliyin dəstəyi ilə Azərbaycan sərgidə təmsil olunur.

1971-ci ildən başlayaraq hər il təşkil olunan sərgidə Avropanın ən böyük ölkələrinin dövlət və özəl nəşriyyatları ilə yanaşı, ABŞ, Kanada, Yaponiya, Çin, Koreya Respublikası, Səudiyyə Ərəbistanı, Hindistan, Türkiyə və s. ölkələrdən 500-ə yaxın təşkilat iştirak edir.

Mədəniyyət və Turizm Nazirliyinin yaydığı xəbərə görə, Azərbaycan nümayəndə heyəti London Beynəlxalq Kitab Sərgisinə ilk dəfə 2009-cu ildə qatılıb.

Builki sərgidə 30 kvadratmetrlik sahədə stend avadanlığı quraşdırılıb.

Burada ölkənin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, turizm imkanlarına, Qarabağa həsr edilmiş 115 adda 200 nüsxədən çox kitab və reklam çap məhsulları nümayiş olunur.

Stenddə prezident sərəncamlarına əsasən, kütləvi tirajla nəşr olunmuş dünya ədəbiyyatı nümunələrinə üstünlük verilib.

Bu il ilk dəfə olaraq «Hədəf» və «Qələm» nəşriyyatlarının kitabları sərgidə nümayiş etdirilir.

Azərbaycan üçün ayrılmış stenddə, həmçinin «Bakı-2015» birinci Avropa Oyunları ilə bağlı plakatlar yerləşdirilib, seyrçilərə Azərbaycanın ev sahibliyini edəcəyi beynəlxalq tədbir haqqında dolğun informasiyaların əks etdirildiyi broşür və bukletlər paylanılır.

Bundan əlavə, Azərbaycanın tarixi, mədəniyyəti, turizm imkanları və adət-ənənələrindən bəhs edən videoçarx nümayiş olunur.

Maraqlananlara ölkənin mədəniyyət və tarixi haqqında ətraflı məlumat verilir, kitablar hədiyyə olunur.

Sərgi aprelin 10-dək davam edəcək.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG