Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 09:13

BMT Suriyada keşişin öldürülməsini pisləyir


Yezuit keşişi Frans van der Lugt (sol)
Yezuit keşişi Frans van der Lugt (sol)
BMT-nin baş katibi Ban Ki-moon Suriyada alman yezuit keşişinin öldürülməsini «qeyri-insani zorakılıq aktı» adlandırıb. 75 yaşlı Frans van der Lugt 1970-ci illərin əvvəllərindən Suriyada yaşayıb.

Aprelin 7-də səhər silahlılar onu evindən çıxarıb, başına iki dəfə atəş açıblar.

Ban-ın sözçüsü Stephane Dujarric bildirib ki, BMT rəhbəri «müharibə tərəfləri və onların tərəfdarlarından tələb edir ki, mülki şəxslərin dinindən, icma və ya etnik mənsubiyyətindən asılı olmayaraq müdafiəsini təmin» etsin.

Van der Lugt bu ilin əvvəlində yaydığı video müraciətdə Homs-da əhalinin humanitar əziyyətləri barədə xəbərdarlıq edib. O, Homs-da əhalinin yoxsulluq və aclıqdan əziyyət çəkdiyini bildirib.
XS
SM
MD
LG