Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 03:13

"Rusiya Azərbaycana 3 istiqamətdən hücum edə bilər"


Ukraynaya daxil olan Rus ordusu, Mart 1, 2014
Ukraynaya daxil olan Rus ordusu, Mart 1, 2014
Bloomberg.com yazır ki, Vladimir Putin Krımın anneksiyasını tamamlayandan sonra Azərbaycan narahatdır ki, Putinin diqqəti indi Cənuba yönələ bilər.

Rusiya qoşunları Azərbaycanın qonşularında – Ermənistan və Gürcüstanda qərarlaşır, Putin də bu yaxınlarda dedi ki, Rusiya “regionu heç vaxt tərk etməyəcək”.

39 yaşlı Bakı sakini Zahir Rəhimov hesab edir ki, “Əgər Qərb Rusiyanı dayandırmaq üçün heç nə etməsə, Rusiya 100 il əvvəlki kimi Azərbaycanı zorla tutmaq istəyəcək”.

Azərbaycan rəsmiləri də Kremlin təzyiqini hiss etdiklərini bildirirlər. YAP-dan olan millət vəkili Siyavuş Novruzov deyir: “Moskva təzyiq edir ki, Putinin yeni Gömrük İttifaqına qoşulsunlar”.
Putin mətbuat konfransında
Putin mətbuat konfransında


Rusiya Soyuq müharibədə uduzandan sonra indi Putin Rusiyanın nüfuzunu bərpa etmək istəyir.

Rusiyanın Ermənistanda 4 minlik qoşunu var. 2008-ci il müharibəsindən sonra Rusiya Abxaziya və Cənubi Osetiyada qoşunlarını saxladı.

Dekabrın 2-də Putin Ermənistanda Rusiya qoşunlarına baxış keçirəndə dedi ki, Rusiya bu regionu heç vaxt tərk etməyəcək. “Biz burda yerimizi möhkəmlədəcəyik.”

"UKRAYNADAN SONRA AZƏRBAYCANDIR"

Hərçənd Putin Azərbaycanı birbaşa hədəf götürmür və müdaxilə ağlabatan görünmür, ancaq Putinin dedikləri onu göstərir ki, o, Azərbaycanın qonşularına təzyiq edib, Azərbaycanı bir növ mühasirəyə ala bilər.

Siyasi təhlilçi Ərəstun Oruclu deyir: “Ukraynadan sonra Azərbaycandır.” “Rusiya təzyiqləri artıracaq”.

Azərbaycanın çətinliyi ondadır ki, ABŞ və ya Avropa Birliyi ona Polşa və ya Baltik ölkələrinə baxdıqları kimi baxmayıblar. Azərbaycan NATO-ya qoşulmağa da müraciət etməyib. Azərbaycan müstəqil xarici siyasət yeridir.

Azərbaycan İsrail və Türkiyə ilə sıx əlaqələr qurub. Azərbaycan İsraildən pilotsuz təyyarələr və raket sistemləri alır, Türkiyə ilə hərbi əməkdaşlıq sazişi var. Prezident administrasiyasının xarici əlaqələr şöbəsinin rəhbəri Novruz Məmmədov deyir ki, hücum olsa, qarşılıqlı müdafiə haqda müqavilə Türkiyə ilə müzakirə olunur.

1994-1997-ci illərdə ABŞ-ın Azərbaycandakı səfiri Richard Kauzlarich Azadlıq Radiosuna deyib ki, Azərbaycanın Rusiya ilə Avropa Birliyi arasında qalması onun Rusiyanın təzyiqinə daha həssas edir.

2010-2011-ci illərdə Azərbaycanda ABŞ səfiri olan Matthew Bryza isə hesab edir ki, Rusiya Qafqazdakı münaqişələrlə Azərbaycanı Avropa ilə birləşdirən enerji layihələrini laxlatmaq istəyir.

"RUSİYA ÜÇÜN OYUN QAYDASI QALMADI"

Keçmiş Dövlət müşaviri Vəfa Qulzadə deyir: “Krımdan sonra Rusiya üçün daha heç bir oyun qaydası qalmır. Rusiya istədiyi hərəkəti edə bilər”. ”Bizim strateji tərədaşlarımız bunu yadda saxlamalıdırlar və nə qədər gec deyil, hərəkət etməlidirlər”.
Dağlıq Qarabağda erməni birləşmələrinin hərbi təlimləri
Dağlıq Qarabağda erməni birləşmələrinin hərbi təlimləri


Quluzadənin sözlərinə görə, Rusiyanın Azərbaycana əsas təsir vasitəsi Dağlıq Qarabağ münaqişəsidir. “Nə sülh, nə müharibə vəziyyəti ilə Rusiya Azərbaycana təzyiq etmək istəyir”.

Millət vəkili Asim Mollazadə deyir ki, “Bu gün Krımda baş verən əvvəlcə Dağlıq Qarabağda olub”. “Eyni ssenari ilə Azərbaycan ərazisinin 20 faizini itirdi”.

Quluzadə deyir: “ Rusiya Azərbaycan 3 istiqamətdən hücum edə bilər: Dağlıq Qarabağdan, Dağıstanla sərhəddən və dənizdən. Rusiya Xəzər donanmasını müasirləşdirir. Aydındır ki, Rusiya İranla müharibə etmək istəmir”.

Assim Mollazadə isə deyir: “Təəsüf ki, Rusiya keçmiş SSRİ-nin bərpasına çalışır, Gömrük İttifaqı və Avrasiya Birliyi vasitəsilə”.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG