Keçid linkləri

2017, 23 İyul, bazar, Bakı vaxtı 01:09

Türkiyədə Twitterə qadağa aradan qalxdı, Youtube-a giriş hələ bağlıdır


Arxiv foto
Türkiyənin telekommunikasiya idarəsi aprelin 4-də Twitter sosial şəbəkəsinə qadağanı aradan qaldırıb. Çünki Türkiyənin Konstitusiya Məhkəməsi hökumətin həmin şəbəkəyə qarşı qadağasının qanunsuz olması barədə qərar çıxarıb. Məhkəmənin qərarında deyilir ki, sosial şəbəkəyə tətbiq edilən qadağa söz azadlığını pozur, ona görə dərhal götürülməlidir.

Türkiyədə Twitter-ə girişə qadağa 2 həftə əvvəl - ölkədə bələdiyyə seçkiləri öncəsi tətbiq edilmişdi. Bu qadağa Türkiyənin özündə və beynəlxalq təşkilatlarda narazılıqla qarşılanmışdı.

San-Fransisko-da yerləşən Twitter-in mərkəzi ofisi Türkiyədə Konstitusiya Məhkəməsinin onların xeyrinə olan qərarını alqışlayıb.

Türkiyədə Twitter-in ardınca video paylaşma portalı olan Youtube-a giriş də qadağan edilmişdi. Hələlik Youtube ilə bağlı məhkəmə qərarı yoxdur. Amma ictimai fəallar məhkəməyə müraciət ediblər.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG