Keçid linkləri

2017, 23 Yanvar, Bazar ertəsi, Bakı vaxtı 00:56
-
Türkiyənin Konstitusiya Məhkəməsi “Twitter” sosial şəbəkəsinin bağlanmasına etirazla bağlı 3 müraciətə baxıb.

“Hürriyet” qəzetinin yazdığına görə, Konstitusiya Məhkəməsi sosial şəbəkənin bağlanmasını istifadəçilərin ifadə azadlıqlarının pozulması kimi qiymətləndirib.

Məhkəmə istifadəçilərin hüquqlarının dərhal bərpa edilməsi barədə qərarı müvafiq qurumlara göndərib.

AKP hökuməti hökumət üzvlərinin səs kasetlərinin “Twitter” sosial şəbəkəsində yayılmasının qarşısını almaq üçün İnformasiya və Rabitə Qurumuna müraciət edərək ölkədə “Twitter” sosial şəbəkəyə girişi bağlatdırıb.

Şərhləri göstər

XS
SM
MD
LG