Keçid linkləri

2024, 17 May, Cümə, Bakı vaxtı 17:02

Ermənistanın Konstitusiya məhkəməsi pensiya qanununda qeyri-leqal müddəalar tapdı


Yerevanda pensiya qanununa etiraz
Yerevanda pensiya qanununa etiraz
Ermənistanın Konstitusiya məhkəməsi pensiyalar haqda yeni qanunun bəzi maddələrini qeyri-leqal elan edib. Məhkəmənin sədri Gagik Harutinian elan edib ki, yeni qanun vətəndaşlar üzərinə bir sıra məsuliyyət qoyur və bunlar vətəndaşlara konstitusiyanın verdiyi haqları məhdudlaşdırır”.

Məhkəmə yeni qanunun fəaliyyətini yanvar ayında- qüvvəyə minəndən bir neçə gün sonra müvəqqəti dayandırıb.

Yeni qanuna görə, 1974-cü il yanvarın 1-dən sonra doğulan hər bir işçi öz maaşının 5 faizini pensiya fonduna köçürməlidir, hökumət isə pensiya fonduna əlavə 5 faiz verməlidir.

Keçən ay Yerevanda nümayişə çıxan yüzlərlə adam bildirirdi ki, maaşdan məcburi pul tutulması layiqli pensiyaya təminat deyil.
XS
SM
MD
LG