Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:27

John Kerry Sergei Lavrov-la 4 saat danışıqlar aparıb


ABŞ dövlət katibi John Kerry və Rusiyanın xarici işlər naziri Sergei Lavrov
ABŞ dövlət katibi John Kerry və Rusiyanın xarici işlər naziri Sergei Lavrov
-
ABŞ dövlət katibi John Kerry və Rusiyanın xarici işlər naziri Sergei Lavrov Ukrayna böhranı haqqından danışıqlar aparıb. Bu danışıqlar dörd saat davam edib. Kerry bildirib ki, görüşdə Ukraynadakı böhranı təsirsiz etməyin ən yaxşı yolunun diplomatiyadan keçdiyi qənaətinə gəliblər.

ABŞ diplomatı həmçinin qeyd edib ki, Ukraynalılar olmadan Ukrayna barəsində heç bir qərar qəbul edilməyəcək.

Kerry Lavrova ABŞ-ın Rusiyanın Krımla bağlı davarnışlarını qeyri legitim və qeyri legal hesab etdiyini diqqətə çatdırıb.

O, Rusiyanın Ukrayna sərhədlərində yerləşdiyi hərbi qüvvələrlə bağlı Vaşinqtonda məsələ qaldırdırdığını bildirib.

Öz növbəsində Lavrov yenə də qeyd edib ki, Ukrayna müxtəlif regionlarına geniş muxtariyyət verən federasiya halında birləşməlidir.

Əvvəllər Rusiya qoşununun Ukraynanın şərq sərhədlərində olmasına baxmayaraq Lavrov bunu inkar edirdi.
XS
SM
MD
LG