Keçid linkləri

2026, 16 Aprel, cümə axşamı, Bakı vaxtı 12:05

Azərbaycan əsgəri özünü güllələyib

arxiv foto
arxiv foto
-
Azərbaycan Ordusunun əsgəri özünü güllələyib. Hadisə Müdafiə Nazirliyinin cəbhə bölgəsində yerləşən “N” saylı hərbi hissəsində olub.

20 yaşlı əsgər Heybətqulu Maqsud oğlu Əzizov tabeliyindəki avtomat silahdan açılan atəş nəticəsində dünyasını dəyişib. Müdafiə Nazirliyinin mətbuat xidməti AzadlıqRadiosuna faktı təsdiqləyib.

Hadisə ilə bağlı cinayət işi başlanıb, Hərbi Prokurorluq tərəfindən araşdırma aparılır.

Heybətqulu Əzizov Xaçmaz rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
XS
SM
MD
LG