Keçid linkləri

Təcili xəbərlər
2021, 19 İyun, şənbə, Bakı vaxtı 20:54

Bəxti dərəyə düşmüş Motudərə...


Arxiv-foto
“Pis vəziyyətdə yaşayırıq. Qazımız, suyumuz, işığımız yoxdur. Xəstəyə iynə vurmaq üçün bir tibb məntəqəmiz yoxdur. Məktəbimiz, yollarımız bərbad gündədir”.

Gədəbəyin Motudərə kənd sakinləri bu kəndin problemlər içərisində itib-batmasından danışırlar. Deyirlər, kəndlilər çıxış yolunu başqa yerlərə köç etməkdə görürlər. Kənd sakini Ziya Babayev:

“Vəzifəli şəxslərdən bir adam gəlib bizim problemimizlə maraqlanmır. 100-ə yaxın ailə təsərrüfatı olan kənddə barmaqla sayılacaq sayda insan qalıb. O da qocalar, əlillər. Əsgərlikdən qayıdan gənclər Bakıya qaçırlar, fəhləlik edirlər, sonra da kirayə ev tuitub orada qalırlar, bir daha kəndə dönmürlər”.

“BƏS DEYİRLƏR YOL MƏDƏNİYYƏTDİR...”

Digər kənd sakini Əvəz Vəliyev deyir, Motudərə hamının unutduğu, gözdən-könüldən uzaq bir kəndə çevrilib:

“Keçmiş prezident Heydər Əliyev deyirdi ki, yol ölkənin iqtisadiyyatıdır, gələcəyidir. Bizdəsə o, yoxdur. Problemlərimiz heç bir çərçivəyə sığmır. Deyəsən bizi xəritədən silmək istəyirlər. Kəndimizin qırmızı kitaba düşən vaxtıdır”.

Kəndlilərin deməsinə görə, məktəb, bağça, tibb məntəqəsi sarıdan əziyyət çəkirlər. Bunlara görə qonşu kəndlərə getməli olurlar.

Onlar kəndin bələdiyyə sədrini problemlərə biganə yanaşmaqda qınayırlar.

Gədəbəy rayon icra hakimiyyəti Motudərənin problemlərini kəndlərin abadlaşdırılması planına uyğun çözəcəyini vəd edir. Ancaq indi yox, siyahı üzrə növbə bu kəndə yetişəndə... Rayon icra hakimiyyətindən "Qaynar xətt"ə belə deyiblər.

Şərhlər (1)

Bu forum dayandırılıb
XS
SM
MD
LG