Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 23:28

"Ədəbi Azadlıq" müsabiqəsinə 140-dan çox yazar qatılıb. Sən də qoşul


"Ədəbi Azadlıq" müsabiqəsinin büllur prizləri
"Ədəbi Azadlıq" müsabiqəsinin büllur prizləri
-

Azadlıq Radiosunun mədəniyyət portalı olan oxuzali.az-da keçirilən şeir, hekayə müsabiqəsinə indiyəcən 141 yazar qatılıb.

"Ədəbi Azadlıq-2014" müsabiqəsinə əsərini yollayanların əksəriyyəti Azərbaycan Respublikasındandır. İran, Rusiya, Gürcüstan, Fransa, Almaniyadan da müsabiqəyə qatılanlar var.

Tanınan imzalarla yanaşı ilk qələm təcrübələrini göndərənlər də var. Əslində bu müsabiqədə yaşın, nə dərəcədə tanınmağın fərqi yoxdur, əsərlər müəllifin imzası göstərilmədən münsiflərə göndərilir, mətnin keyfiyyətinə qiymət verilir.

Əsər qəbulu aprelin 4-ə qədər (həmin gün də daxil olmaqla) davam edəcək.

Əsərlərinizi oxuzali@azadliqradiosu.az ünvanına göndərə bilərsiniz.

Müsabiqəyə indiyəcən İnternet məkanında çap edilməmiş əsərlər qəbul edilir (sosial şəbəkələr və şəxsi bloqlar istisna olmaqla).

"Ədəbi Azadlıq-2014" mükafatına layiq görülənlərin adları yekun mərasimdə açıqlanacaq (Bu barədə ətraflı məlumat verəcəyik).

Həm şeir, həm də hekayə nominasiyasında 1-ci yer üçün hədiyyələr – iPhone-5S-dir. .

2-ci və 3-cü mükafatçılar hədiyyələrini özləri seçə bilərlər.

2-ci yerın sahibi Netbook, yaxud videokamera, 3-cü yerin sahibi isə E-book reader, yaxud Fotoaparatla mükafatlandırılacaq.


MÜSABİQƏNİN ŞƏRTLƏRİ HAQDA ƏTRAFLI

“Ədəbi Azadlıq-2014” müsabiqəsinə hər kəs qatıla bilər.

Hekayə və şeirlər üçün heç bir mövzu məhdudiyyəti yoxdur.

Hər bir kəs həm hekayə, həm də şeir müsabiqəsinə qatıla bilər.

Şeir müsabiqəsinin maksimum 2 şeir göndərmək olar.

Hekayə müsabiqəsinə isə yalnız 1 hekayə yollamaq olar (həcmi 20 min kompüter işarəsini keçməməlidir).

Müsabiqələrdə təxəllüslə iştirak etmək olmaz.
iPhone 5S
iPhone 5S

Müsabiqə 4 mərhələdə keçiriləcək. Şeir və hekayələr münsiflərə imzasız təqdim ediləcək.

İlk mərhələdə münsiflərin hər biri şeir və hekayələrin içindən ən yaxşı hesab etdiyi 20 əsəri seçib 1-dən 20-cən balla qiymətləndirəcək.

Münsiflərin ilk mərhələdə verdikləri
ballar əsasında müsabiqənin şeir və hekayə 20-likləri müəyyən ediləcək.

İkinci mərhələdə artıq imzası bilinən əsərlər arasından 10-luq müəyyən ediləcək, üçüncü mərhələdə isə 10-luq “Oxu zalı”nda on-line səsverməyə çıxarılacaq.

Bu dəfə - oxucular öz seçimini edəcək.

Və dördüncü mərhələdə münsiflər 1-ci, 2-ci və 3-cü yerlərin sahiblərini müəyyən etmək üçün 10-luqdakı hekayələrə əlavə ballar verəcəklər.

Onlar oxucuların səsverməsinin nəticəsini nəzərə almaya da bilərlər.

Beləliklə, müsabiqənin bütün mərhələlərində verilən balların cəmi ilə qaliblər müəyyən ediləcək.

Qeyd edək ki, münsiflərin hər biri müsabiqəyə təqdim olunan əsərlərin hamısını oxuyacaq. Bu isə həm Azərbaycan şəraitində müsabiqəyə mümkün kənar təsirlərin minimuma endirilməsinə, həm də yekun seçimin daha obyektiv olmasına xidmət edəcək.

Münsiflərimiz haqda bundan artıq məlumat verilməyəcək və onların adları əvvəlki illərdə olduğu kimi müsabiqənin iyunun əvvəlində keçirilməsi planlaşdırılan mükafatlandırma mərasimində açıqlanacaq.

Müsabiqələrimizin yekununda çap edəcəyimiz kitabda 30 seçmə hekayə və 30 müəllifin seçmə şeirləri (müsabiqədə toplanan ballara uyğun olaraq) yer alacaq.

Həmçinin oxu
"Ədəbi Azadlıq-2014" müsabiqəsi başlandı
XS
SM
MD
LG