Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 15:45

«Ədəbi Azadlıq -2012». Qaliblər


Gənc şair Elmar Şahmar, Təbrizdə yaşayan yazar Rüqəyyə Kəbiri, romançılar Nərmin KamalMəqsəd Nur Azadlıq Radiosunun mədəniyyət portalı olan oxuzalı.az saytında keçirilən “Ədəbi Azadlıq-2012” Milli Müsabiqəsinin qalibləridir.

İyunun 1-də Azad Fikir Universitetində keçirilən mükafatlandırma mərasimində müsabiqənin şeir, hekayə və roman nominasiyaları üzrə mükafatçıları bəlli oldu.

Şeir:

1-ci yer – Elmar Şahmar. "Sevgiyə elegiya", "Bağışla"
2-ci yer – Dilqəm Əhməd. "Kabuldan-Bakıya sevgi metamorfozu"
3-cü yerlər – Şəhriyar del Gerani. "Sonuncu sevgi"
və Balayar Sadiq. "Həsrətin rəngləri", "Unudulmuş sətirlər"

Hekayə:

1-ci yer – Rüqəyyə Kəbiri. "Mavayıl"
2-ci yer – Azər Həsənli. "Şrödingerin qara pişiyi"
3-cü yerlər – Anar Mahmudov. "Yutub" və Sevda Sultanova. "Tarkovski"

“Gənc romançı” mükafatı qalibləri:

Nərmin Kamal.
"Aç, mənəm" romanı
Məqsəd Nur. "Şəhər meri" romanı

Mükafatlandırma mərasimində “Ədəbi Azadlıq-2012” Milli Müsabiqəsinin münsiflərindən

Təşkilatçılar və qaliblər
Təşkilatçılar və qaliblər

az, ya çox bal almış bütün müəlliflərin şeir və hekayələrinin toplandığı kitab da təqdim edilib.

Bundan başqa “Oxu zalı”nın seçimi seriyasında növbəti kitab – Cavidanın şeir və hekayələr kitabı (60 hekayə və 44 yazarın şeirlərindən ibarət) da təqdim olunub.

Mərasimdə müsabiqənin münsiflərinin kim olduğu da açıqlanıb.

Şeir nominasiyasında: tənqidçilər İradə Musayeva, Cavanşir Yusifli, şair, nasir Pərviz Cəbrayıl, 525-ci qəzetin baş redaktorunun mədəniyyət, ədəbiyyat üzrə müavini Seyfəddin Hüseynli.

Hekayə nominasiyasında 5 münsif olub: adıçəkilən şəxslər və tənqidçi Tehran Əlişanoğlu.

Roman nominasiyasında münsiflər: tənqidçilər İradə Musayeva, Elnarə Tofiqqızı, Cavanşir Yusifli, Tehran Əlişanoğlu və “Oxu zalı”nın redaktoru Rövşən Qəmbərov.

Bu ilki müsabiqə 2010 və 2011-ci illərdə “Ədəbi Azadlıq”ın münsiflərindən olmuş görkəmli yazıçı, mərhum Rafiq Tağının xatirəsinə həsr edilib.

Mükafatlandırma mərasimindən daha ətraflı material, şəkillər və videolar tezliklə oxuzalı.az-da!

"Ədəbi Azadlıq" müsabiqəsinin mükafat və prizləri
"Ədəbi Azadlıq" müsabiqəsinin mükafat və prizləri

Hekayə nominasiyasının qalibi Rüqəyyə Kəbiri
Hekayə nominasiyasının qalibi Rüqəyyə Kəbiri

Ayaq üstə - Müsabiqənin münsiflərindən olan Pərviz Cəbrayıl
Ayaq üstə - Müsabiqənin münsiflərindən olan Pərviz Cəbrayıl

Müsabiqənin münsiflərindən olan Seyfəddin Hüseynli
Müsabiqənin münsiflərindən olan Seyfəddin Hüseynli

Şeir nominasiyasının qalibi Elmar Şahmar ​
Şeir nominasiyasının qalibi Elmar Şahmar ​
Ön sırada Rasim Qaraca və Nərmin Kamal
Ön sırada Rasim Qaraca və Nərmin Kamal

Ön planda müsabiqənin münsiflərindən olan tənqidçi Tehran Əlişanoğlu
Ön planda müsabiqənin münsiflərindən olan tənqidçi Tehran Əlişanoğlu

"Ədəbi Azadlıq-2012" müsabiqəsinin kitabı və "Oxu zalı"nın seçimi seriyasından Cavidanın şeir və hekayələr kitabı
"Ədəbi Azadlıq-2012" müsabiqəsinin kitabı və "Oxu zalı"nın seçimi seriyasından Cavidanın şeir və hekayələr kitabı

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG